7 namizəd sənədlərini MSK-ya təqdim edib

596 6-03-2018, 20:20 cemiyyet / gundem

7 namizəd sənədlərini MSK-ya təqdim edibAzərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 7 namizəd qeydə alınması üçün tələb olunan imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Moderator.az xəbər verir ki, bunu MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, martın 12-si saat 18:00-a qədər namizədlər imza vərəqələrini və digər zəruri MSK-ya təqdim etməlidirlər.

E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır.

Xeberdar.net

XƏBƏR LENTİ