İşğaldan azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi

1 145 27-04-2024, 10:06 cemiyyet / gundem

İşğaldan azad olunan Xankəndidə ilk körpə dünyaya  gəldiGəncliyimdən bu günə qədər bir-birindən gözəl,dillər əzbəri olan şeirlərimlə ədəbiyyatımıza, folklorumuza yetərincə töhfələr versəm də hələki layiq olduğum qiyməti almamışdım.Şükür Yaradanın kərəminə ! Mənə ən böyük mükafatı Ulu Yaradanım göndərdi və sınıq qəlbimi sevindirdi.
Dəyərli dostlarım,bu günlərdə Xankəndidə dünyaya göz açan ,hər kəsin ürəkdən alqışladığı Xankəndinin ilk sakini mənim də ilk nəticə payım dünyaya gəldi. Yağılardan azad olduqdan sonra Xankəndində ilk dəfə olaraq körpə səsi eşidildi. Mənim 74 yaşım var,bu vaxta kimi mən Azərbaycanandan mənə layiq olan heç bir mükafatı almamışdım.Nəticəm İlhamın dünyaya gəlişi mənə indiyə qədər almadığım mükafatların hamısını əvəz etdi . Bu mənə Allahım tərəfindən və dövlətimiz tərəfindən verilən ən yüksək mükafat oldu.Nəticəmin dünyaya gəlişi hər şeyi dəyişdi, və Azərbaycanan ən yüksək mükafatın aldım sanki . Körpə balam məni dünyanın ən xoşbəxt nənəsi etdi. Mən Azərbaycanımızın,doğma Qarabağımızın xilaskarı cənab Ali Baş Komandanımıza əvvəlcə torpaqlarımızı yağı tapdağından azad edib Azərbaycanı qalib bir xalq,dövlət kimi dünyaya tanıtdığına görə sonsuz təşəkkür edirəm və mənim nəticəmin azad Qarabağın ,doğma Xankəndinin ilk sakini kimi dünyaya gəlməsinə görə göstərdikləri diqqət və qayğıya görə sonsuz təşəkkürümü bildirirəm . Ayrıca Azərbaycan Dövlət Su ehtiyatları Agentliyinin rəhbərliyinə,Xankəndi şəhərində yerləşən doğum evinin bütün həkim kollektivinə dərin təşəkkürümü bildirirəm.O müqəddəs torpaqlarda ,qanindan,canindan keçən butun şəhid balalarimiza Allahdan rəhmət diləyirəm,qazilərimizə can sağlıqı arzulayram. Cənab Ali Baş Komandanımiz,yaxşı ki,Azərbaycanımızın sizin kimi əvəzolunmaz rəhbəri var.Allah sizə yar olsun!!

Dərin hörmət və minnətdarlıqla Səadət Buta

XƏBƏR LENTİ