Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

13 Bu gün, 14:27 dunya

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlamaErmənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir.

Xeberdar.net məlumat verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə deyib.

"Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir", - o qeyd edib.

V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.

XƏBƏR LENTİ