Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 60 ədəd PUA vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Krımda 17, Rostovda 16, Azov dənizi suları üzərində 11, Kurskda 5, Saratovda 4, Qara dəniz suları üzərində 3, Belqorod və Oryol vilayəti üzərində isə 1 ədəd PUA vurulub.