MN-dən əhaliyə xəbərdarlıq: Təşvişə düşməyin!

21 Bu gün, 10:03 cemiyyet

MN-dən əhaliyə xəbərdarlıq: Təşvişə düşməyin!Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Xeberdar.net məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

“1-4 iyul tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda bildirilib.

XƏBƏR LENTİ