İranda silahlı qarşıdurmada iki mülki şəxs öldürüldü

29 30-06-2025, 12:55 dunya

İranda silahlı qarşıdurmada iki mülki şəxs öldürüldüİranın Kirman əyalətinin İslamşəhr bölgəsində hökumət məmurları iki mülki şəxsi öldürüb, birini isə yaralayıb.

Axar.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, ev sakinləri məhkəmə hökmü olmadan evə girmək istəyən hökumət məmurlarına müqavimət göstəriblər.

Məmurlar avtomat silahlardan atəş açaraq Yasir Zərəxş və Əlim Nəmdadini öldürüb, Rza Əzizini isə yaralayıblar.

XƏBƏR LENTİ