Rus mütəxəssislər də qatilin telefon şifrəsini qıra bilmədi –Səfir Karlovun sui-qəsdi ilə bağlı istintaq davam edir

758 8-03-2018, 22:08 dunya / gundem

Rus mütəxəssislər də qatilin telefon şifrəsini qıra bilmədi –Səfir Karlovun sui-qəsdi ilə bağlı istintaq davam edir
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı Türkiyə gələn Rusiyalı mütəxəssislər də qatil Mövlüd Mert Altıntaşın mobil telefonunun şifrəsini qıra bilməyiblər.

Xeberdar.net mətbuata istinadən xəbər verir ki, məhz telefonun şifrəsini qırmaq və içindəki məlumatları tədqiq etmək üçün Rusiyadan Türkiyəyə yüksək səviyyəli mütəxəssislər göndərilib: "Onlar Ankarada istintaqa rəhbərlik edən prokurorla görüşüb. Sonra isə səfirin qatili olan Mövlüd Mert Altıntaşın telefonunun şifrəsini qırmaq üçün əməliyyata başlayıblar. Lakin rus mütəxəssislər də buna nail ola bilməyiblər".

Xatırladaq ki, Karlov ötən ilin fevral ayının 19-da sərgidə qətlə yetirilib. Həmin vaxt səfiri güllələyən Mövlüt Mert Altıntaş polisin "təslim ol" tələbinə məhəl qoymadığından əməliyyat zamanı öldürülüb. Sonradan aparılan əməliyyatla "Guru Media" Qrupun rəhbəri Hayreddin Aydınbaş və sərginin təşkilatçı Mustafa Timur başda olmaqla, 3-ü polis 7 nəfər həbs edilib.

xeberdar.net

XƏBƏR LENTİ