İmişlidə Süleyman Bəşirovdan Nazim Əzimova qalan “mədəni miras” - işçilərdən toplanan 30 manatın absurd təyinatı

980 9-03-2018, 16:09 gundem

İmişlidə Süleyman Bəşirovdan Nazim Əzimova qalan “mədəni miras” - işçilərdən toplanan 30 manatın absurd təyinatı
İmişli Mədəniyyət və Turizm idarəsinin qarşıya qoyduğu “planı” hətta Kənd Təsərrüfatı nazirliyi belə müəyyən etmir.
2015-ci ildə Mədəniyyət və Turizm nazirliyindəki kollegiyanın nəticəsi olaraq İmişli Mədəniyyət və Turizm idarəsinin müdiri Süleyman Bəşirov nazirin müvafiq qərarı ilə vəzifədən azad edildi. Bir müddət sonra isə S.Bəşirovala bağlı işində yol verdiyi ciddi nöqsanlarla əlaqədar cinayət işi başlanıldı. Əslində dövlət əmlakını həm də külli miqdarda mənimsəməyin işdə yol verilən ciddi nöqsanla nə qədər əlaqəli olması bir az düşündürücüdür. Çünki bu hal cinayət hərəkətidr və mütləqdir ki, dövlət əmlakını mənimsəyən şəxs ölkənin müvafiq qanunlarına əsasən cəzalandırılsın. Həm də ona görə ki, pis hərəkət nümunə olmasın. Amma təxminən üç ildir ki, Süleyman Bəşirov hələ də ölkənin müxtəlif hüquq – mühafizə orqanalarının və məhkəmələrin suallarına cavab verir. Yəni adam mənimsədiy dövlət əmlakının hesabını sözlə verməyə çalışır. İmişlidə Süleyman Bəşirovdan Nazim Əzimova qalan “mədəni miras” - işçilərdən toplanan 30 manatın absurd təyinatı
Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, İmişl Mədəniyyət və Turizm idarəsinin müdiri Nazim Əzimov 7 martda işçilərə aldıqları əmək haqlarından 30 manat məbləğində idarəy verlməsi üçün qeyri – rəsmi tapşırıq verib. Mənbənin verdiyi məlumata görə N.Əzimov bu məbləğin 2018-ci ildə pambıq əkinində istifadə ediləcəyini əsas kimi göstərib. Xatırladaq ki, İmişli Mədəniyyət və Turizm idarəsinin qarşıya qoyduğu “planı” hətta Kənd Təsərrüfatı nazirliyi belə müəyyən etmir. Çünki artıq uzun illərdir ki, sovet nümunəsi olan kolxoz təsərrüfatı ləğv edilib. Yəni xüsusi mülkiyyətlərdə fermerlər istədiklərini əkməkdə sərbəstdirlər. Düzdür ötən il İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevin timsalında rayonda fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, ərazi üzrə icra nümayəndələri və bələdiyyə sədrləri müvəqqəti də olsa keşmişə - kolxozların fəaliyyət göstərdiyi illərə ekskurs etdilər, lakin son məhsul yığımının nəticəsi olara ciddi uğur əldə edilmədi. Deməli dövlətin kənd təsərrüfatı sahəsində regional ənənələrin bərpası inzibati resurslarala mümkün deyil. O da ola ki, bu sahəyə qətiyyən aidiyyatı olmayan müəsissə ilə. Torpağı kəndli əkib becərməlidir, mədəniyyət işçisi yox. Atın ot, quşun dən yediyinin sübuta ehtiyacı olmadığı kimi, mədəniyyət işçisinn də öz funksiyası var cənablar. Müdrik səhvlərindən nəticə çıxaranlardır. Ötən il etdiyini bu ildə təkrar edənə isə...
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəklən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

xeberdar.net

XƏBƏR LENTİ