“Ailədaxili münaqişələrin efirə daşınmasını doğru hesab etmirəm” – AYIBDIR!

569 10-03-2018, 14:14 gundem

“Ailədaxili münaqişələrin efirə daşınmasını doğru hesab etmirəm” – AYIBDIR!
Rəşid Mahmudov: “Bu, problemlərin həllinə də müsbət təsir etmir”

Son illər milli telekanallarımızda ailədaxili problemlərin ictimaiyyiləşdirilərək həllinə həsr olunan veriliş və proqramların sayı artmaqdadır. Maraqlıdır, ailədaxili konfiliktlərin efir vasitəsi ilə işıqlandırılması, ictimai müzakirəyə çxıarılması nə dərəcədə doğrudur? Bu, problemin həllinə həqiqətən də müsbət təsir göstərirmi?

Moderator.az -a açıqlama verən tanınmış ziyalı, tibb elmləri namizədi Rəşid Mahmudov baş verənləri doğru hesab etmədiyini vurğuladı:

“Məncə hansısa ailədaxili münaqişəni efir vasitəsi gündəmə gətirmək bu problemlərin həllinə müsbət mənada təsir göstərmir. Bu, bəzi hallarda insanların savadsızlığı ucbatından baş verir. Ailə konfilikti televizora çıxmamalıdır. bunu açıq deyirəm. Mən bunu ayıb hesab edirəm. Ailədaxili konfiliktləri ictimaiyyiləşdirmək yanlış addımdır. Bizə bütün dünya baxır. Bunlar olmamalıdır”.

Xeberdar.net

XƏBƏR LENTİ