İran Türkiyənin təyyarə ittihamına cavab verdi

531 13-03-2018, 11:18 dunya / gundem

İran Türkiyənin təyyarə ittihamına cavab verdiİran Mülki Aviasiya Təşkilatı əvvəlki gün İranda qəzaya düşən Türk təyyarəsi ilə bağlı açıqlama verib.

Moderator.az xəbər verir ki, ehtimala görə pilot İranlı rəsmilərdən təcili eniş üçün icazə istəyib. Amma İran buna icazə verməyib. İran rəsmiləri isə bu barədə mətbuatda gedən iddiaları təkzib etdi.

Yazılı açıqlama verən İran Aviasiya Təşkilatı Türk təyyarəsinin düşməzdən əvvəl İrandan təcili eniş istəyinin olmadığını, sosial şəbəkədə dolaşan iddiaların yalan olduğunu bildirib.

Açıqlamada Türk pilotun bölgədəki Hava Dispetçer Mərkəzi ilə təmasa keçərək texniki qəza baş verdiyini və bundan sonra təyyarənin sürətini itirib radardan itdiyi bildirilib.

Xeberdar.net

XƏBƏR LENTİ