“Tereza Meyə sərt və simmetrik cavab veriləcək” –Rəsmi Moskva

632 14-03-2018, 23:59 dunya / gundem

“Tereza Meyə sərt və simmetrik cavab veriləcək” –Rəsmi Moskva



"İngiltərə Baş naziri Tereza Meyə atdığı addımlara görə sərt və simmetrik cavab veriləcək".

Bu açıqlama ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.

"İngilislər Moskvaya hər hansı bir sübut təqdim etmədən Rusiyanı günahkar elan etdi. Bu misilsiz bir hadisədir. Güman edirəm ki, diplomatiyada bunun bir nümunəsi yoxdur. Bu səbəbdən Rusiya İngiltərəyə sürətli, sərt və simmetrik şəkildə cavab verməlidir", – Matviyenko söyləyib/Axar.az.

Xeberdar.net

XƏBƏR LENTİ