Muqabe hakimiyyətdən kənarlaşdırılmasını hərbi çevriliş adlandırdı

495 16-03-2018, 12:03 dunya / gundem

Muqabe hakimiyyətdən kənarlaşdırılmasını hərbi çevriliş adlandırdı
xeberdar.net TASS-a istinadən xəbər verir ki, Zimbabvenin keçmiş prezidenti Robert Muqabe hakimiyyətdən hərbi çevrilişlə kənarlaşdırıldığını bildirib. Diktator ilə hadisələrdən sonra ilk müsahibəni Cənubi Afrikanın SABC telekanalı götürüb.

Eks-prezident qeyd edib ki, “kimlərsə bunun hərbi çevriliş olduğunu etiraf etmək istəmir”, amma ,onun fikrincə, Emmerson Mnanqaqva ordunun köməyi olmadan hakimiyyətə gələ bilməzdi.
“ Mən heç vaxt fikirləşməzdim ki, mənim böyütdüyüm və hökümətə gətirdiyim, edam təhlükəsi gözləyəndə həyatını xilas etdiyim Mnanqaqva, günlərin birində mənim əleyhimə qalxacaq”-eks prezident deyir.

93 yaşlı Robert Muqabe tutduğu vəzifəni 2017-ci il noyabrın sonunda tərk edib. Diktator istefaya getməyə cinayət təqibi olmayacağı müqabilində razılıq verib. Bundan başqa, Muqabe ömrünün sonunadək təqaüd alacaq. Diktatora hər ay 150 min dollar veriləcək.

Emmerson Mnanqaqva prezident vəzifəsinə Muqabenin istefasından üç gün sonra -24 noyabrda başlayıb.

Xeberdar.net

XƏBƏR LENTİ