Türkiyə Şimali Koreyaya sanksiya tətbiq edib

627 16-03-2018, 12:04 dunya / gundem

Türkiyə Şimali Koreyaya sanksiya tətbiq edib
Türkiyə Şimali Koreyanın 39 vətəndaşının sərvətinə həbs qoyub.
“Report” “Resmi Gazete”yə istinadən xəbər verir ki, bu, Türkiyə Nazirlər Kabinetinin qərarında vurğulanıb.

Bildirilib ki, bu qərar BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiya tətbiqi ilə bağlı qətnaməsinə uyğun olaraq qəbul edilib.

Qərara görə, Şimali Koreyanın sanksiya tətbiq edilən 39 vətəndaşının Türkiyəyə səyahəti də qadağan olunub.

Türkiyə hökumətinin qəbul etdiyi qərara əsasən, Şimali Koreyanın nüvə proqramında istifadə ediləcək qızıl köçürmələrinə, təbii qaz, xam neft, toxuculuq məmulatları, gəmiqayırma, sənaye avadanlığı, nəqliyyat avtomobilləri, dəmir-polad və başqa metalların satışına qadağa qoyulub.

Bundan başqa, Şimali Koreyadan tədürük edilən qurğuşun, ərzaq məhsulları, elektrik avadanlığı, dəzgahlar, ipək, hazır geyimlər, dəniz məhsulları və s. dəniz və hava limanlarında yoxlanılacaq. Təcili və həyati əhəmiyyət daşımazsa, Şimali Koreyaya məxsus gəmilər Türkiyə limanlarına girə bilməyəcək.

XƏBƏR LENTİ