“Hələlik 48 min dinc sakin Afrini tərk edə bilib” –BMT açıqladı

596 16-03-2018, 22:42 gundem

“Hələlik 48 min dinc sakin Afrini tərk edə bilib” –BMT açıqladı
Türkiyə ordusunun mühasirəyə aldığı Afrini dinc sakinlər tərk edir.

Xeberdar.net xarici mətbuata istinadən məlumat verir ki, bu barədə BMT açıqlama yayıb.

Bildirilib ki, son bir neçə gün ərzində hələlik 48 min dinc sakin Afrindən çıxa bilib.

Xatırladaq ki, Türkiyə ordusu Afrində dinc sakinlərin şəhəri tərk etməsi üçün 2 km-lik dəhliz saxlayıb. Bundan sonra təyyarə ilə havadan üç dildə – türk, ərəb və kürd dilində afrinlilərə müraciət edilib. YPG/PYD terrorçuları isə dinc əhalidən qalxan kimi istifadə etmək niyyəti ilə onların çıxmasını əngəlləməyə çalışır.

xeberdar.net

XƏBƏR LENTİ