Tramp təsdiqlədi –Mayın sonuna qədər Kim Çen Inla görüşmək niyyətindədir

608 16-03-2018, 22:48 gundem

Tramp təsdiqlədi –Mayın sonuna qədər Kim Çen Inla görüşmək niyyətindədir
ABŞ prezidenti Donald Tramp mayın sonuna qədər KXDR lideri Kim Çen Inla görüşmək niyyətində olduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "ABC" Ağ Evin Trampla Cənubi Koreya rəhbəri Mun Çje In arasında danışıqların yekununa dair açıqlamasına istinadən məlumat yayıb. Bildirilir ki, hər iki lider sözlərin yox, konkret hərəkətlərin Koreya yarımadasının sabit denuklarizasiyasının əldə edilməsinə açar olacağını razılaşıblar.

Daha əvvəl Cənubi Koreyanın nümayəndəsi də Donald Trampın Kim Çen Inla maya qədər görüşə razılaşdığını bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ