Rəsmi Bağdaddan Ankaraya açıq cavab:"İraqa hücum etmənizə imkan verilməyəcək"

631 27-03-2018, 11:39 dunya / gundem

Rəsmi Bağdaddan Ankaraya açıq cavab:"İraqa hücum etmənizə imkan verilməyəcək"
Türkiyənin Baş naziri Binəli Yıldırımla İraqın Baş naziri Heydər Abadi arasında baş tutan telefon danışığının təfərrüatı bəlli olub.

Bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Qeyd olunub ki, Abadi telefon danışığı zamanı türk həmkarına İraq sərhədlərindən Türkiyəyə qarşı hər hansı bir hücum cəhdinə izn verilməyəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan İraq hökumətini PKK terrorçularına qarşı qəti addım atmağa çağırmış, bu işi görməyəcəkləri təqdirdə türk ordusunun İraqa girməyə hazır olduğunu bildirmişdi. İraq XİN isə terrorçuların zərərsizləşdirilməsi üçün Türkiyə ilə birgə addım atmaq istəklərini ifadə etmişdi.

Bunun ardınca İraq ordusu Sincara doğru irəliləməyə başladı. PKK terrorçularının Sincarı artıq tərk etdiyi haqda məlumat yayılıb

Xeberdar.net

XƏBƏR LENTİ