«Latviyaya qarşı sərt movqe tutun» – Dumadan Putinə çağırış

580 4-04-2018, 11:31 dunya

«Latviyaya qarşı sərt movqe tutun» – Dumadan Putinə çağırış
Xeberdar.net-in Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının Dövlət Duması (RF DD) ölkə hakimiyyətini Latviyaya qarşı sərt mövqe tutmağa çağırıb.

Latviyanın Prezidenti ölkədəki milli azlıqlara məxsus məktəblərin latış dilində tədrisə keçirilməsi barədə mövcud qanunlara müvafiq düzəlişləri imzalayıb. Dövət Dumasının vitse-spikeri, «Vahid Rusiya»lı Pyotr Tolstoyun sözlərinə görə, Riqaya qarşı iqtisadi sanksiyaların tətbiqi barədə düşünmək olar.

Bu gün Riqada rus məktəblərinin latış dilində təhsilə keçirilməsi ilə bağlı etiraz aksiyası nəzərdə tutulub.

Xeberdar.net

XƏBƏR LENTİ