FTX rəhbəri: "Türkiyə Rusiyaya terror hücumunun qarşısını almağa yardım edib"

624 4-04-2018, 12:55 dunya

FTX rəhbəri: "Türkiyə Rusiyaya terror hücumunun qarşısını almağa yardım edib"
Rusiya xüsusi xidmət orqanları Yeni il bayramı günlərində ABŞ və Türkiyədən gələn məlumatlar sayəsində iki terror hücumunun qarşısını alıb.
"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.

O qeyd edib ki, ötən il ABŞ Sankt-Peterburqda Yeni il bayramları zamanı terror hücumu hazırlandığı ilə bağlı Rusiyanı vaxtında xəbərdar edib.

"Eyni zamanda, türkiyəli tərəfdaşlarımızdan alınan məlumatlar sayəsində başqa bir hücumun qarşısı alınıb", - N.Bortnikov vurğulayıb.

FTX direktorunun sözlərinə görə, ötən il Rusiyada ümumilikdə 25 terror aktının qarşısı alınıb, 4 terror aktı törədilib.

XƏBƏR LENTİ