ABŞ kosmosda ilk otel açacaq

687 7-04-2018, 11:10 dunya

ABŞ kosmosda ilk otel açacaq
2022-ci ildə dünyada ilk dəfə kosmik stansiyada otel açılacaq.

“Report” “SpaceNews” istinadən xəbər verir ki, kosmosdakı oteldə 12 günlük qalmaq üçün 9,5 milyon dollar xərcləmək lazım gələcək.

Bu məbləğə uçuşa üç aylıq hazırlıq müddəti, həmçinin kosmik stansiyaya gediş və geri qayıtmaq xərcləri daxildir. “Aurora” orbit stansiyasında mehmanxananın layihəsinin keçirilməsi ilə ABŞ-ın “Orion Span” şirkəti məşğuldur.

Mehmanxananın sahəsi 42 kvadrat metrdir. Ora 4 qonaq və 2 heyət üzvü yerləşə bilər.

Qonaqlar Yerdən 320 kilometr yüksəklikdəki mehmanxanada yerləşəcəklər.

XƏBƏR LENTİ