Ümid Partiyasının sədri İqbal Ağazadə İsgəndər Həmidovu təbrik etdi

1 284 10-04-2018, 15:39 gundem

Ümid Partiyasının sədri İqbal Ağazadə  İsgəndər Həmidovu təbrik etdi

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, keçmiş Daxili İşlər Naziri, İstiqlalçı millət vəkili İsgəndər Həmidovun 70 yaşı tamam olur.

Ümid Partiyasının sədri İqbal Ağazadə İsgəndər bəyi doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli İsgəndər bəy!


Sizi doğum günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, şəxsi işlərinizdə və apardığınız mübarizədə uğurlar arzulayıram.

Siz, Azərbaycan Xalq Hərəkatının liderlərindən birisiniz. Azərbaycanın ərazi bütövlüyü, ölkədə hüquqi dövlətin yanması,demokratik cəmiyyətin qurulması uğrunda gedən mübarizədə hər zaman fəal iştirak etmiş və bu yolda məhbəs həyatı yaşamış birisiniz.

Hörmətli İsgəndər bəy!

Sizi bir daha 70 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, apardığınız bu şərəfli mübarizədə yeni-yeni uğurlar arzulayıram.”

Xeberdar.net

XƏBƏR LENTİ