4 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları zərərsizləşdirilib –Polis əməliyyatı

4 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları zərərsizləşdirilib –Polis əməliyyatı
axili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Xeberdar.net-ə verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb:

“Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsindəki evlərin birindən çəkisi 525 qram olan marixuana aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Natiq Bəşirovdan 11,55 qram, evindən isə əlavə olaraq çəkisi 3 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.

Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbə sakini Sahib Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 230 ədəd, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Mirzəqurbanlı kənd sakini Faiq Yusifova məxsus həyətyanı sahədən 91 ədəd, Kür çayının sahilindən isə 224 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər göütürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər”.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xeberdar.net

4 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları zərərsizləşdirilib –Polis əməliyyatı

  • 10-04-2018, 15:45
  • 297


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI