Yəhudi radikallar İordan çayının Qərb sahilində məscidi yandırıblar

550 13-04-2018, 12:56 dunya / gundem

Yəhudi radikallar İordan çayının Qərb sahilində məscidi yandırıblar
İki yəhudi radikal İordan çayının Qərb sahilində yerləşən Akraba kəndindəki məscidə hücum edib.

Xeberdar.net RİA "Novosti"yə istinadən xəbər verir ki, onlar giriş qapısını yandırıb və məscidin divarında aqressiv xarakterli yazılar yazıblar.

Yanğına cəhd nəticəsində yalnız qapı və qapı özülünün bir hissəsi yanıb. Məscid binası alovdan zərər görməyib.

Qeyd edək ki, Akraba kəndindəki insident Qəzza ilə sərhəddə İsrail ordusunun fələstinlilərlə mümkün toqquşmaları ərəfəsində baş verib.

XƏBƏR LENTİ