Ağstafada iki avtomobil toqquşdu: beş yaralı

708 13-04-2018, 16:06 hadise

Ağstafada iki avtomobil toqquşdu: beş yaralı
Ağstafada baş verən avtomobil qəzasında 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafa şəhərində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İqbal Namazov, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Namazova Aytən Alı qızı və 5 yaşlı övladları Yusif xəsarət alıblar. Həmçinin avtomobildə olan 1989-cu il təvəllüdlü Alıyeva Aygün Valeh qızı və 1 yaşlı Əliyev Onur Vüqar oğlu da xəsarət alıblar. Xəsarət alanlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



Məlumata görə İ. Namazov rayon xəstəxanasında reanimotoloq işləyir.

XƏBƏR LENTİ