“Suriyaya endirilən hava zərbələri hazırda başa çatıb” – Pentaqon

606 14-04-2018, 10:58 dunya

“Suriyaya endirilən hava zərbələri hazırda başa çatıb” – Pentaqon
ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriyadakı hədəflərə zərbələr endiriblər.

Xeberdar.net TASS-a istinadən xəbər verir ki, bunu cümə günü axşam Pentaqonda keçirilən brifinqdə Birləşmiş Ştatların Qərargah Rəisləri Komitəsinin sədri general Jozef Danford deyib.

“ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Şərq sahili vaxtı ilə 21:00-da bundan sonra kimyəvi silah tətbiqinə yol verməmək üçün Suriyadakı hədəflərə zərbələr endiriblər. Bizim qüvvələr planlaşdırma və icra mərhələsinə inteqrasiya olunmuşdular. Zərbələrin endirildiyi hədəflər Suriya rejiminin bilavasitə kimyəvi proqramları ilə əlaqəlidir. Biz hədəfləri mülki əhali üçün risklərin minimuma endirilməsi nəzərə alınaraq seçmişik”, – deyə o bildirib.

Danfordun sözlərinə görə, ilk hədəf Dəməşq ərazisində yerləşən elmi-tədqiqat mərkəzi olub.

“Bu obyekt kimyəvi və bioloji texnologiyaların işlənməsi, tədqiqi və istehsalı üçün mərkəz olub. İkinci hədəf Homsun qərbində kimyəvi maddələrin saxlandığı obyekt olub“, – deyə general əlavə edib.

Danford hazırda Suriyada aviazərbə dalğasının başa çatdığını bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ