Deputatdan iqtidara təklif:"Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır"

580 16-04-2018, 16:47 cemiyyet

Deputatdan iqtidara təklif:"Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır"
“Təəssüflər olsun ki, informasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik”.

Bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin Elm və təhsil komitəsinin iclasında deyib.

O qeyd edib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır: “Yeni texonologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnogiyalarından gedir”.

Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil. Deputat qeyd edib ki, informasiya məkanı başqalarının öhdəsinə buraxmamalıdır/Report.

XƏBƏR LENTİ