Bibisini namus üstündə balta ilə öldürənə AĞIR CƏZA

777 18-04-2018, 12:06 kriminal

Bibisini namus üstündə balta ilə öldürənə AĞIR CƏZA
Bibisini qısqanclığa görə qətlə yetirməkdə təqsirləndirilən 24 yaşlı Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Vüsal Şıxaliyevin 18 il müddətə azadlıqdan məhrum edilib.

İttiham aktında əsasən, Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevanı namus üstündə 6 balta vuraraq öldürüb.
Hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən V.Şıxəliyev tutulub.
V.Şıxəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.9-cu maddələri ilə ittiham edilir.

XƏBƏR LENTİ