İsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı – Foto

540 5-05-2018, 14:17 dunya

İsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı – Foto
Fələstinin Qəzza bölgəsində fələstinlilərlə İsrail ordusu və polisi arasında toqquşmalar yenidən başlayıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Qəzzanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, “Qayıdış Marşı” adlı etiraz aksiyasında 1143 fələstinli yaralanıb. Onların 42 nəfəri güllə yaraları alıblar.

Reuters-in məlumatına görə, israilli hərbçilər fələstinlilərin aksiyasını dağıtmaq üçün dinc insanlara atəş açıblar, gözyaşardıcı qazdan istifadə ediblər.

İsraillə sərhəddəki 5 rayonda aksiyaya 7 mindən artıq fələstinli çıxmışdı.

Ayın əvvəlindən bəri İsraildə 43 fələstinli qətlə yetirilib, minlərlə fələstinli yaralanıb.
Fələstinlilər Qəzza bölgəsinin tam blokadaya alınmasına etiraz edirlər. Onlar mayın 15-də İsraillə sərhədi keçəcəklərini deyiblər.

İsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı – Foto
İsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı – Foto
İsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı – Fotoİsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı – Fotoİsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı – Foto

XƏBƏR LENTİ