Əfv sərəncamı mayın ikinci yarısında olacaq

630 10-05-2018, 11:11 cemiyyet

Əfv sərəncamı mayın ikinci yarısında olacaq
Əfv sərəncamı mayın ikinci yarısında imzalanacaq.

Əfv Məsələləri Komissiyasından Moden.az-a verilən məlumata görə, hazırda iclaslar davam etdirilir, daxil olan müraciətlərə baxılır.

Növbəti həftə Komissiyanın iclaslarını yekunlaşacağı gözlənilir. Xalq Cumhuriyyətinin 100 illiyi ərəfəsində daha yüzlərlə insan azadlığa qovuşacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 600-dən artıq müraciətə baxıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Xeberdar.net

XƏBƏR LENTİ