Xəzərdə iki meyit tapıldı - Fövqəladə Hallar Nazirliyi xəbər yaydı

894 24-05-2018, 17:49 hadise

Xəzərdə iki meyit tapıldı - Fövqəladə Hallar Nazirliyi xəbər yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzərdə meyiti tapılan şəxslərlə bağlı məlumat yayıb.
Xeberdar.net bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hal-hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Xeberdar.net

XƏBƏR LENTİ