CHP-dən Gülənlə bağlı şok İDDİA

658 4-06-2018, 15:01 dunya

CHP-dən Gülənlə bağlı şok İDDİA
Cumhuriyyət Xalq Partiyası ( CHP) Fətullah Gülənin ABŞ-dan heç vaxt tələb edilmədiyi ilə bağlı sübutları Ədliyyə Nazirliyinə təqdim edib.
Xeberdar.net Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP-nin prezidentliyə namizədi Muharrem İnce Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı FETÖ liderini heç vaxt qanuni yolla tələb etmədiyi ilə bağlı ittiham edib. Hətta Ərdoğanın partiyasını da onun köməyi ilə qurduğunu qeyd edib. Bu gün CHP nümayəndələri mövcud dəlillərini Türkiyə Ədliyyə Nazirliyinə təqdim edib.

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən deputat Murat Emir bildirib ki, onların əsas məqasədi Gülənin həqiqətən tələb edilib-edilmədiyini aydınlaşdırmaqdır. Araşdırmanı 4 hüquqşünas həyata keçirəcək. “Obyektiv, diqqətli və ətraflı araşdırma aparılacaq. Hüquqşünasların CHP ilə heç bir əlaqəsi yoxdur. Bizim əsas məqsədimiz reallığı araşdırıb ortaya çıxarmaqdır”.
Araşdırmalar qeyri-müıəyyən vaxta kimi davam edəcək.

XƏBƏR LENTİ