ABŞ Rusiyaya görə Türkiyəni “F-35” layihəsindən kənarlaşdırmağa hazırdır

634 5-06-2018, 22:03 dunya

ABŞ Rusiyaya görə Türkiyəni “F-35” layihəsindən kənarlaşdırmağa hazırdır
Türkiyənin Rusiya istehsalı olan “Su-57” tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar əldə etmək planı Ankaranın ABŞ-ın beşinci nəsil “F-35” tipli təyyarə layihəsində iştirakını təhlükə altına qoyur.

Xeberdar.net-in “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Rusiyadan “S-400” kompleksləri almasına görə ABŞ-ın “F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi “Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.


Xeberdar.net

XƏBƏR LENTİ