Trampın Nobel sülh mükafatına namizədliyi irəli SÜRÜLDÜ

636 14-06-2018, 10:37 dunya

Trampın Nobel sülh mükafatına namizədliyi irəli SÜRÜLDÜ
ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Belə bir təşəbbüslə Norveçdə İnikişaf Partiyasının deputatları çıxış ediblər. Deputatlar Trampın Nobel sülh mükafatına layiq olduğunu bildiriblər.

Təşəbbüsün müəlliflərindən biri Pera-Villi Amundsenin sözlərinə görə, ABŞ və KXDR arasında münasibətlərin nizamlanması, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi tarixi əhəmiyyət kəsb edir.

"Bu proses bir qədər zəifdir, lakin biz əlimizdən gələni etməliyik ki, o, müsbət nəticəyə gətirib çıxarsın", - deyə parlament üzvü bildirib.(AzEdu.az)

XƏBƏR LENTİ