İntihara cəhdin qarşısı alınıb –Xəzər rayonunda

727 18-06-2018, 12:11 hadise

İntihara cəhdin qarşısı alınıb –Xəzər rayonunda
Bakının Xəzər rayonunda bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər birmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xeberdar.net

XƏBƏR LENTİ