Borçalı Cəmiyyəti 10-cu konfransını keçirdi, yeni idarə heyəti seçildi

1 027 23-06-2018, 23:10 cemiyyet

Borçalı Cəmiyyəti 10-cu konfransını keçirdi, yeni idarə heyəti seçildi


İyunun 23-də Bakının Astoriya hotelində Borçalı Cəmiyyəti İB-nin sayca 10-cu ümumi yığıncağı (konfransı) keçirilib. Azərbaycan və Gürcüstanda Cumhuriyyətin qurulmasının 100 illiyinə təsadüf edən konfrans AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məşhur nitqinin səsləndirilməsi və dövlət himninin oxunması ilə başlayıb. Sonra Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 10-cu konfransın TK-nin sədri Nazim Musayevin qısa təqdimat çıxışından sonra konfransın sədarəti və katiblik müəyyən edilib. Daha sonra gündəlik müzakirəyə çıxarılıb. Əksəriyyət səslə gündəliyin sədrin hesabatı, təşkilatı məsələ və cari məsələlər olması təsdiq edilib. Gündəliyə uyğun olaraq öncə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin hesabat məruzəsi eşidilib. Çıxışına Cumhuriyyətimizin 100 illiyi və eks prezidentimiz Ə. Elçibəyin anadan olmasının 80 illiyi münasibətilə təbrik mesajı ilə başlayan Z.Məmmədli "Cəmiyyət"in ötən bir ildə gördüyü işləri konfrans iştirakçılarının diqqətinə çatdıraraq Borçalı Cəmiyyətinin daim Gürcüstanın ərazi bütövlüyü, dövlətçiliyi, Azərbaycan-Gürcüstan-Türkiyə dostluğuna sədaqət kimi dəyişməz prinsiplərə sadiq olduğunu diqqətə çatdırıb. Son günlər Marneulidə baş verən olaylardan nigaranlığını ifadə edən Cəmiyyət sədri bundan sonra bu kimi halların baş verməyəcəyinə də ümidvarlığını bildirib. Qardaş Türkiyədə iyunun 24-də keçiriləcək seçkilərə uğurlar diləyən Z. Məmmədli vaxtilə qardaş ölkədən Qarapapaq adı ilə Borçalı Elinə nifaq toxumu səpənləri də qınayıb. Gürcüstana girişinə artıq 4 ildir tətbiq edilən yasaq qərarının qanuna zidd, subyektiv mülahizələrə söykəndiyini bildirən Zəlimxan Məmmədli çıxışının sonunda eli iyulun 26-da Dmanisidəki Armudlu yaylasında Elat yurdunu ziyarətə dəvət edib. Məruzə ətrafında və ümumiyyətlə Borçalı Cəmiyyətinin bir illik fəaliyyəti ilə bağlı istiqlalçı deputat, professor Hacıbaba Əzimov, M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, Borçalı Cəmiyyətinin Skandinaviya üzrə təmsilçisi, GAK sədri Abdulla Əmir Haşimi Cavanşir, Borçalı Cəmiyyəti İH-nin üzvü Qiymət Məhərrəmli, əməkdar memar Ömər Qoçulu, professor Bədirxan Əhmədov, texnika elmləri namizədi, dosent Hüseyn Artıkoğlu, Milli Mədəniyyətin təbliği İB-nin sədri Jalə Cəfərova, professor Mahal Qacar, tanınmış alim Əli Şamil, Borçalı elinin ağsaqqalı Abbas Abdulla və başqaları çıxış edərək hesabatı qənaətbəxş hesab edib və Borçalı Cəmiyyətinə uğurlar diləyiblər.
Daha sonra təşkilatı məsələlər müzakirə edilib.
Konfrans iştirakçıları Zəlimxan Məmmədliyə etimad göstərərək onu növbəti dəfə Borçalı Cəmiyyətinin sədri seçiblər. Konfransın gündəliyinə uyğun olaraq Cəmiyyətin İdarə Heyətinin 9 nəfərlik yeni tərkibi təsdiq edilib. Z.Məmmədli, S.Aşurov, Q.Məhərrəmli, S.Murğuzlu, N. Musayev, H.Yadigarov, A.Acalov, R.Muradlı, M. Hümmətov İdarə Heyətinin üzvləri seçiliblər. Uzun illər Borçalı Cəmiyyətinin rəhbərliyində təmsil edilən T.Əliyev, Ö. Qoçulu, A.Abdulla, O. Əhmədoğlu, H. Qurbanov, Ə. Ovçiyev fəxri İH-nin üzvləri kimi seçiliblər.
Borçalı Cəmiyyətinin 2009-cu ildən üzü bəri keçirilən sayca 10-cu konfransı Borçalı Elinə və bütövlükdə soydaşlarımıza 26 iyulda Elat Yurdunu ziyarətlə əlaqədar müraciət qəbul edib.
Konfransın sonunda sədr Zəlimxan Məmmədli bir daha çıxış edərək etimad üçün nümayəndələrə təşəkkürünü bildirib və Cəmiyyətin sonrakı dönəm üçün fəaliyyətinin əsas istuqamətlərini tesis formasında konfrans nümayəndələrinin diqqətinə çaldırıb. Təkliflər nəzərə alınmaqla növbəti dönəm üçün fəaliyyət istiqamətləri əksəriyyət səslə qəbul olunub
Borçalı Cəmiyyəti 10-cu konfransını keçirdi, yeni idarə heyəti seçildi
Borçalı Cəmiyyəti 10-cu konfransını keçirdi, yeni idarə heyəti seçildi
Borçalı Cəmiyyəti 10-cu konfransını keçirdi, yeni idarə heyəti seçildi
Borçalı Cəmiyyəti 10-cu konfransını keçirdi, yeni idarə heyəti seçildi

XƏBƏR LENTİ