Kılıcdaroğlu İncəni hədələdi - “Kreslo sevdalılarının partiyada işi yoxdur”

698 26-06-2018, 23:39 dunya

Kılıcdaroğlu İncəni hədələdi - “Kreslo sevdalılarının partiyada işi yoxdur”
Son seçkilərdə məğlub olan CHP-də başqan partiyanın prezidentliyə namizədini üstüörtülü hədələdi

Türkiyədə keçirilən son prezident və parlament seçkilərinin məğlubu, ana müxalifət Cümhuriyyət Xalq Partiyasında siyasi ziddiyətlər artıb.Xatırladaq ki, CHP partiya olaraq bu seçkidə 22% səs alıb. CHP-nin prezidentliyə namizədi Muharrem İncenin aldığı səs partiyasından 8 faiz çox olub.

Bütün bunlara görə partiya içində başqan Kamal Kılıcdaroğluna qarşı istefa çağrıları başlayıb. CHP başqanı seçkidən sonra ilk mətbuat konfransını keçirib və gözlənildiyinin əksinə istefa verməyəcəyini açıqlayıb.

Kamal Kılıcdaroğlunun seçkinin əsl məğlubunun iqtidardakı Ədalət və İnkişaf Parityası (AK Parti) olduğunu söyləməsi hər kəsin təəccübünə səbəb olub.

“Ak Parti bu seçkidə 7 faiz səs itirib və məğlub olub, qazanan isə demokratiyadır”,-CHP başqanı deyib.

Mətbuat konfransında bir müxbirin partiyanın aldığı səslərin Muharrem İncenin əldə etdiyi nəticədən az olması ilə bağlı verdiyi suala Kamal Kılıcdaroğlunun cavabı sürpriz olub.

XƏBƏR LENTİ