Yük avtomobili ilə mikroavtobus toqquşub: ölənlər var

764 2-07-2018, 13:45 hadise

Yük avtomobili ilə mikroavtobus toqquşub: ölənlər var
İyunun 30-da Yevlax rayonu ərazisində “Hovo” markalı yük avtomobili ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ