Terrorçuluğa açıq çağırışla bağlı 21 cinayət işi başlanıb – 3 nəfər həbs edilib

749 13-07-2018, 14:01 kriminal

Terrorçuluğa açıq çağırışla bağlı 21 cinayət işi başlanıb – 3 nəfər həbs edilib
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Xeberdar.net

XƏBƏR LENTİ