Yeni “Qaçkınkom”-un komissiyası Badamdarda köçürülməsi nəzərdə tutulan qaçqınları necə aldadır?-şok iddi!+video

1 653 14-07-2018, 10:27 siyaset / gundem / video

Yeni “Qaçkınkom”-un komissiyası Badamdarda köçürülməsi nəzərdə tutulan qaçqınları necə aldadır?-şok iddi!+video


Xeberdar.net olaraq Səbail rayaon Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi bina 21/7-nin zirzəmisində məskunlaşmış Füzuli, Kəlbəcər və Ağdamdan olan qaçqınların acınacaqlı həyat şəraitindən hazırladığımız reportajdan sonar artıq məsələyə müdaxilə olunub. Həmin ünvanda yaşayan qaçqınların köçürülməsinə başlanıb. Bəzi qaçqınların evlə təmin olunmaması,həmçinin qaçqınların iddiasına görə aparılan ədalətsiz bölgü onlarda ciddi narazılıq yaradıb.Ev vermədikləri sakinlərə əsasız və qanunsuz olaraq min bəhanə uydurlur. Bu bəhanələr isə bir-birini təkzib edir. Kimisinə qaçqın kimi yaşadığı bir otağını təmir etmədiyini,kimisinə Fizulidən olduğunu, kimisinə mətbuata müsahibə verdiyini bəhanə gətirərək ev verməyirlər. Habelə 5 nəfər ailə üzvü olan 80 yaşlı qadının özünə bir otaqlı mənzil verib uzaq bir məsafəyə göndərirlər.Həddibuluğa çatmış bacı və qardaşlara da bir otaq nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl xeberdar.net saytına müsahibə verən vətəndaşlar da evlə təmin edilməyib. Məcburi köçkünlərin bir çoxu ədalətsiz bölgüyə etiraz edərək verilən evlərdən imtina edirlər. Komissiya isə ev verilən məcburi köçkünlər köçürüldükdən sonar zirzəmini polis gücünə boşaldacaqlarını bildirirlər.Bu isə çoxlu sayda insanı təhlükəyə atır.
Ümid edirik ki,aidiyyatı qurumlar məsələ ilə vaxtında maraqlanacaq və bu həssas dönəmdə məsələnin ədalətlə həll olunmasına nail olacaqlar.


XƏBƏR LENTİ