Putinin qorxunc silahının dağıdıcı məsafəsi açıqlandı...

589 18-07-2018, 09:45 dunya

Putinin qorxunc silahının dağıdıcı məsafəsi açıqlandı...
Xeberdar.net RİA Novosti-yə əsaslanaraq bildirir ki, hipersəsli “Kinjal” raketinin uzaqvurma məsafəsi göstəriciləri onun qurudakı oxşarı –“İsgəndər” operativ-taktiki raket komleksini üç dəfə üstələyir.
“Kinjal” 1500 kilometr məsafədəki hədəfi vurmağa qadirdir. Məlumatı verən mənbə bildirib ki, indi raketlər MiQ-31K qırıcı təyyarələrinə yerləşdirilir. “Kinjal” bombardımançı Tu-22M3-ə yerləşdirilib atılarsa, onun hədəfi vurma məsafəsi faktiki olaraq dəyişməyəcək
Putinin qorxunc silahının dağıdıcı məsafəsi açıqlandı...
14 iyulda Amerika KİV-i kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiyanın “Kinjal” raket komplekslərinin yeni uğurlu sınağı haqqında xəbər veriblər. Kompleks hədəfi 800 km. məsafədə vura bilib.
“Kinjal”raket kompleksi Rusiya prezidenti Vladimir Putinin 2018 mart ayındakı çıxışında anons edilmişdi. Dövlət başçısı bildirib ki, kompleks artıq Cənub hərbi dairəsində əməliyyat-döyüş növbəsindədir.
Putinin qorxunc silahının dağıdıcı məsafəsi açıqlandı...

XƏBƏR LENTİ