Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi

1 841 21-07-2018, 11:05 maraqli

Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi“1941-ci il noyabrın 7-də Məhəmməd Əmin Hitler tərəfindən Berlinə dəvət aldı...”

Bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin XX əsrdə müasir milli dövlətçiliyimizin təməlinin qoyulmasıyla yanaşı, ömrünün sonunadək müstəqilliyimizin bərpası uğrundakı mübarizədə xidmətləri danılmazdır. Rəsulzadə, həmçinin, xaricdə yaşayaraq Sovet rejiminin təqiblərinə məruz qalan, eləcə də II Cahan savaşı zamanı faşist Almaniyası tərəfindən əsir götürülərək ölüm düşərgələrində saxlanılan hər bir azərbaycanlının taleyi ilə maraqlanmış, onlar üçün əlindən gələni etməyə çalışmışdır.

Moderator.az əməkdaşının“Milli mason lideri -mərhum Milli Azadlıq Qərargahı sədri Oqtay Eldəgəzlə söhbətlər” silsiləsindən olan növbəti yazısında Məhəmməd Əminin faşist Almaniyası liderləri ilə diplomatik danışıqları sayəsində yüz mindən çox Azərbaycan oğlunun faşistlərin amansız əsir düşərgələrindən azad edilməsinin tarixçəsi ilə tanış ola bilərsiniz.
Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi
“1931-ci il aprel ayının sonlarında qardaş Türkiyə rəhbərliyi yeni bolşevik- sovet cildinə girmiş Rusiya imperiyası tərəfindən işğal edilərək süquta uğradılmış Azərbaycan Xalq Cümhuriyyətinin bu ölkəyə sığınmış keçmiş liderləri və onların silahdaşları haqda gözlənilməz qərar verdi. 1931-cü il aprelin 21-də Türkiyə ilə Sovetlər Birliyi arasında “Dostluq və Əməkdaşlıq haqqında” müqavilə imzalanmışdı. Stalin tərəfindən müqaviləyə salınmış gizli bəndə görə, Türkiyədə əks-kommunist cəbhəsində fəal və geniş mücadilə aparan müsavatçı mühacirlər məmləkətdən çıxarılmalıydılar. Türkiyə lideri Mustafa Kamal Atatürkün böyük ürək yanğısıyla razılaşdığı bu şərtdən nə dahi müsavatçı öndərimiz Məhəmməd Əmin Rəsulzadə, nə sədaqətli Müsavat amalçısı Mirzəbala Məmmədzadə, nə də digər mübariz silahdaşlar incimədilər. Çünki hamısı anlayırdı ki, Ankaranın ağır iqtisadi-siyasi və uluslararası durumu baxımından belə bir addım labüdləşib və Atatürk buna məcburdur...
Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi
Bu minvalla Almaniyaya köçməli olan Müsavat başqanı “İstiqlal” gündəcinin(qəzet) nəşrinə başladı. Həmin tribuna vasitəsi ilə Rəsulzadə Berlində və dünyanın müxtəlif guşələrində yaşayan azərtürkləri qürbətdən ucalan səsiylə bolşevik qəsbkarlarına, fəhlə-kəndli hakimiyyəti cildinə bürünmüş Stalin diktaturasına qarşı mübarizəyə çağırdı. Almaniya paytaxtında nəşr olunan “ Qurtuluş” dərgisi(1934) və “Azəri türkü” gündəci (1938) də eyni amallara xidmət edirdi.

1936-cı il sentyabrın 18-də Varşavada Müsavat firqəsinin qurultayında qurumun yeni tüzik(proqram) və önətimi(nizamnamə) hazırlandı. Məhəmməd Əmin Almaniya ilə ilişkiləri bir an belə diqqətdən kənar qoymurdu. İstiqlalçı öndər 1937-1938-ci sənələrdə nəşr olunan “Azərbaycan” və “Odlu yurd” gündəcləri vasitəsi ilə kommunist Rusiyasının müsavatçı vətənpərvərlərə qarşı qırmızı terrorunu yer üzünə car çəkir, digər dünya ölkələrini də bu bəşəri təhlükə əleyhinə birləşməyə dəvət edirdi. Və təbii ki, bütün bunlardan xəbərdar olan Almaniya kəşfiyyatı Rəsulzadə başda olmaqla müsavatçıların yorulmaz fəaliyyətinə dair bütün bilgiləri faşist rəhbərliyinə çatdırırdı. Sözsüz ki, bu informasiyaların əsas məğzi və mahiyyətindən Hitlerin özü də məlumatlı idi...


Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi
SSRİ ilə müharibəyə başlamazdan 3 ay öncə Hitler Yaxın Şərq, Qafqaz və s. ölkələrlə iş üzrə Şərq Nazirliyi yaratmış, onun rəhbərliyinə baş faşist amalçısı(ideoloq) Rozenberqi qoymuşdu.
1941-ci il noyabrı 7-də axşam mübarizəsini Rumıniyada davam etdirən Məhəmməd Əmin fürer-kansler Adolf Hitler tərəfindən Berlinə dəvət aldı. Şərq Nazirliyinin bölmə müdiri professor fon Mende Müsavat öndərini nazir Rozenberqlə görüşdürdü. Həmin vaxt artıq SSRİ tərəfində döyüşən əsir alınmış yüz minlərlə zavallılar arasında yəhudilərin “aşağı təbəqəsi”nin mənsubları hesab edilmiş minlərlə azərtürk kişisi güllələnmişdi. Bunun səbəblərindən biri yəhudilər kimi Azərbaycan oğullarının da sünnət olunması idisə, digər səbəb “Allahsızlar ittifaq”ının meydan suladığı imansız bolşevik-kommunist mühitində böyümüş gənclərimizin çoxunun hər bir müsəlman üçün vacib olan kəlmeyi- şəhadətini bilməməsi idi. Faşist əsirliyində hələ də yüz mindən çox azərbaycanlı müsəlman qalırdı ki, onların da taleyi bu gün-sabah güllələnmə, yaxud sobalarda yandırılma ilə sonuclanmalıydı. Ancaq bir çıxış yolu vardı ki, onu da dahi öndərimiz öncədən bilirdi. Bu, müsəlman, o cümlədən azərtürk sünnət ayini ilə yəhudi sünnət ayini arasındakı incə fərq idi. Rəsulzadə faşist Almaniyasının Şərq Nazirliyi başqanına həmin fərqi anladaraq bu günədək almanların səhvən Azərbaycan müsəlmanlarını da yəhudilərin gözünə qataraq güllələməsini onun nəzərinə çatdırdı...
Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi
Məsələ burasındadır ki, sünnət ayini zamanı müsəlman, o cümlədən azərtürk kişilərin tənasül üzvünün baş dəri örtüyü tamam, yəhudilərdə isə qismən götürülür. Rəsulzadə Şərq nazirinə təklif etdi ki, tanınmış bir müsəlman din xadiminin də iştirakıyla ölüm düşərgələrində saxlanılan Azərbaycan oğullarının seçim əməliyyatı keçirilsin. Rozenberq razılaşdı və bunu fürerin də nəzərinə çatdırdı. Rozenberqə hədsiz dərəcədə inanıb etibar edən Hitlerin göstərişi ilə müqəddəs Qüdsdəki Beytül-Müqəddəs müftisi Nəsin Əl-Hüseyn çox gizli şəkildə Almaniyanın başkəndinə- Berlinə gətirildi. Bu minvalla Məhəmməd Əmin məşhur din xadiminin, eləcə də sədaqətli müsavatçı Mirzəbala Məmmədzadə və yüzbaşı(mayor) Fətəlibəy Düdənginskinin də müşayiəti ilə faşistlərin amansız ölüm düşərgələrindəki əsir balalarımızın yəhudi şübhəlilərdən seçim əməliyyatını keçirdi. İkinci Cahan savaşında rast gəlinməyən yeganə olay idi ki, qəddarlığıyla bütün planeti lərzəyə gətirən Hitler Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Müsavat öndəri Məhəmməd Əmin Rəsulzadəyə komsomolçu və kommunist olmayan soydaşlarımızın ölüm düşərgələrindən azad edilərək qardaş Türkiyəyə göndərilməsinə yol açmışdı. Kəsəsi, 3 il ərzində yuxarıda göstərdiyimiz sünnət əlamətləriylə yanaşı, həm də bitərəf olan 116 min həmvətənimiz Türkiyəyə yollanılaraq kəndi azadlığına qovuşdu. Əslində bu, əsirlərimizin əksəriyyəti demək idi. Müsavat başqanının Hitler Almaniyasının 3-cü şəxsi Rozenberqlə görüşlərinin əməli sonucu belə uğurlu keçdi. Ağlasığmaz əməliyyat Məhəmməd Əminin və Türkiyə dövlətinin nüfuzları sayəsində gerçəkləşdi. O illərdə üzərindən quşlar səkə bilməyən Mauthauzen, Osventsim, Buhenvald, Dahau kimi cəhənnəm düşərgələrinə addımlayaraq oğullarımızı həyata qaytaran öndərimiz Məhəmməd Əmin Rəsulzadəni çağdaş gəncliyimiz bir an belə unutmamalıdır...

(Davamı var)

M.Ə. Rəsulzadənin Hitlerlə üzbəüz görüşü nə vaxt və harada baş tutdu?

Faşist liderin “Sizi güneyli-quzeyli bütöv Azərbaycanın və tamam Qafqazın baş canişini təyin edəcəm” təklifinə AXC banisi necə cavab verdi?

Hitlerin Məhəmməd Əmin üçün verdiyi ziyafətə hansı Azərbaycan milli xörəyi də daxil edilmişdi?
Moderator.az-ı izləyin!

Söhbəti qələmə aldı: Sultan Laçın

XƏBƏR LENTİ