Borçalı Cəmiyyəti bir daha Elat ənənəsini yaşatdı

1 501 27-07-2018, 23:02 siyaset / gundem

Borçalı Cəmiyyəti bir daha Elat ənənəsini yaşatdı

26 iyul 2018-ci il tarixində Borçalı Cəmiyyətinin üzvləri və Gürcüstanda yaşayan bir qrup soydaşımız 2009-cu ildən Dmanisi rayonunun Armudlu yayalasında keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti Bayramı keçirilən məkanı ziyarət ediblər. Ziyarətçilər Elat Şəhidi Mikayıl Orucovun xatirəsinə qoyulmuş abidəyə gül çələngi qoyaraq , Elat ənənəsi haqda öz fikirlərini paylaşıblar. Çıxış edənlər Borçalı Cəmiyyəti İH -nin üzvləri Qiymət Məhərrəmli, Rüfət Muradlı, Cəmiyyətin fəalları Osman Əhmədoğlu, Elbəyi Cəlaloğlu və başqaları bu ənənənin əsrllərlə yaşayacağına işarə edərək, Elat Bayramının Gürcüstanda yaşayan soydaşlarımız üçün xüsusi önəmini də qeyd edib, Borçalı Cəmiyyətinin sədri və Elta Bayramının memarı Zəlimxan Məmmədlinin təbrik mesajını iştirakçıların diqqətinə çatdırıblar. Azərbaycan, Gürcüstan və Türkiyə bayraqları ilə dostluq mesajı verən ziyarətçilər daha sonra Elat Yurdunu ziyarət edərək, Elat deyib Armudlu yaylasına gələn soydaşlarımızla görüşüb və onları bu önəmli bayram münasibətilə təbrik ediblər. Hər il Elat Bayramında ənənəvi olaraq İlin "El Adamı" nominasiyaları da öz sahiblərinə təqdim edilib. Borçalı Cəmiyyətinin İH-nin 24 iyul 2018-ci il qərarı Elbəyi Cəlaloğlu, Rüfət Muradlı, Mərkəz Şuşalı, Zahid Nəsibov və Ələddin Qarabağlı Borçalı Elinin tərəqqisi üçün göstərdikləri əməyə görə bu ada layiq görülüblər. Mərasim Azərbaycan və Gürcüstandan olan musiqi xadimlərinin iştirakı ilə davam edib.

XƏBƏR LENTİ