Oliqarx Mənsimovun şirkəti azərbaycanlı fermerlərə “atdı” – VİDEO

741 3-08-2018, 17:47 gundem

Oliqarx Mənsimovun şirkəti azərbaycanlı fermerlərə “atdı” – VİDEOMübariz Mənsimovun “Palmali” Şirkətlər Qrupuna məxsus olan, Lənkəran şəhərində fəaliyyət göstərən “PalSüd” zavodu ətraf rayonların şəxsi təssərüfatlarından yığdığı südün pulunu ödəməkdən imtina edir.

Bu barədə fermerlərin özləri bildiriblər. Onların sözlərinə görə, zavodun direktoru Mübariz Mənsimovun qardaşı Mais Mənsimovdur. Fermerlər artıq bir neçə ildir ki, zavoddan pullarını tələb etsələr də, ala bilmirlər. Bu isə ona gətirib çıxarır ki, fermalarda çalışanlar əməkhaqlarını ala bilmir, fermerlər isə heyvanlar üçün yem və təsərrüfat üçün zəruri texnika əldə etməkdə çətinlik çəkirlər.(Xural.com)

XƏBƏR LENTİ