Partiya sədrinin evindən 10 min manatlıq qızıl oğurlanıb

731 7-08-2018, 13:06 kriminal

Partiya sədrinin evindən 10 min manatlıq qızıl oğurlanıbAzərbaycan Aydınlar Partiyasının sədri, professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Olke.az saytının məlumatına görə, F.İbrahimbəyov küçəsi 12 ünvanında yaşayan Q.Əlibəyli oğurluqla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.

Partiya sədrinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ