Şirvan şəhərində “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlim keçirilib

961 6-08-2018, 20:30 cemiyyet

Şirvan şəhərində  “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlim keçirilib“Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlimlərin təşkili adlı layihə həyata keçirir.

Layihənin əsas məqsədi sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.
Layihə çərçivəsində növbəti tədbir Şirvan şəhərində həyata keçirilmişdir. Tədbirdə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini Adəm Hüseynov, Şirvan Regional QHT-in Resurs və Təlim Mərkəzinin sədri Əli Mirzəyev, “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi sədri Cavid Əliyev, ekspert Asim Vəliyev, sahibkar Rəşid Paşalı və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin nümayəndəsi qonaqları salamlayaraq bu sahədə rayonda görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra birliyin sədri iştirakçıları təşkilatın yaranma tarixi, gördüyü işlər və layihə haqqında məlumatlandırıb. Layihəyə cəlb olunmuş ekspertlər isə gənclərə sahibkarlığa başlamağın yolları, müraciət qaydaları və digər məsələlər barədə geniş çıxış edib. Müzakirə formasında davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Tədbirin sonunda daha çox gəncin maariflənməsi üçün bukletlər paylanılıb.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində daha əvvəl Oğuz və İsmayıllı rayonlarında tədbirlər keçirilib. Sonuncu tədbirin isə Xaçmaz rayonunda keçirilməsi planlaşdırılır.

Şirvan şəhərində  “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlim keçirilib
Şirvan şəhərində  “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlim keçirilib


XƏBƏR LENTİ