Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən

549 14-08-2018, 11:57 dunya

Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasənXəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədini təsdiq edib.

Xeberdar.net xarici mətbuata istinadən bildirir ki, yeni büdcə layihəsinin təsdiqlənməsi ilə ABŞ-ın Türkiyə daha bir sanksiyası qüvvəyə minib.

Belə ki, sənədə əsasən, Tramp ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışını da əngəllənib.

Onu da qeyd edək ki, yeni büdcəyə görə, ABŞ-da hərbçilərin sayı artırılacaq. Onların sayı təqribən 16 min nəfər artacaq. Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

Xeberdar.net

XƏBƏR LENTİ