Avropanın üç nəhəng hava şirkəti İrana embarqo qoyur – Türkiyə şirkətləri daha çox sərnişin daşıyacaq

476 25-08-2018, 10:25 dunya

Avropanın üç nəhəng hava şirkəti İrana embarqo qoyur – Türkiyə şirkətləri daha çox sərnişin daşıyacaqXəbər verdiyimiz kimi, Avropanın nəhəng aviaşirkətləri ticari səbəbləri əsas gətirərək, Tehran səfərlərini sentyabr ayından etibarən dayandıracaqlarını açıqlayıblar. “British Airways”, “Air France” və Hollandiya krallığı Hava Yolları (KLM) İrandan uçuşları dayandıracaq. Avropalı üç hava yolu şirkəti Tehran səfərlərini dayandırma qərarını tətbiq etməyə başladığı zaman İran bazarında Türkiyə hava yolları şirkətləri daha çox sərnişin daşıyacaq.

Bu isə Türkiyə hava yolları şirkətlərinin İran bazarında sərnişin sayını artırmasının qabağını açıb. Qərb şirkətlərinin bu qərarı qüvvətə mindiyi zaman, Tehrandan dünyanın bir çox nöqtəsinə uçuşlar gerçəkləşdirən türk şirkətlərinin sərnişin sayını təxminən 20 faiz artacağı gözləyir.
Türkiyə hava yolu şirkətləri ilə İstanbul üzərindən uçuşlar edən iranlı sərnişinlərin sayı sentyabr ayından daha çox artacaq.

İranın milli aviaşirkəti olan İran Hava Yolları ilə özəl hava yolu şirkətlərinin Avropaya səfərlərinin yetərsiz olması, İran bazarında İstanbuldan hər saatda dünyanın bir çox nöqtəsinə bağlantılı uçuşlara şərait yaradan türk şirkətlərin sərnişin sıxlığı faizlərinə də müsbət təsir edəcək.

Qərbli şirkətlərin uçuşlarını dayandırma qərarının qüvvəyə minməsindən sonra Avropa aviaşirkətləri ilə uçan sərnişinlərin böyük əksəriyyəti artıq Türkiyə şirkətləri ilə İstanbuldan keçmək üzrə Avropanın, eləcə də dünyanın hər nöqtəsinə uçuşlar gerçəkləşdirəcək. Avropa xaricində tranzit olaraq Amerikaya gedən bir çox İran əsilli sərnişinlər də bu halda Türk Hava yolları şirkətinin xidmətindən istifadə edəcək.

Xüsusən də çox sayda İran əsilli insanın yaşadığı Paris və Los Anceles ilə Tehran arasında İstanbul tranzit olmaq şərtilə sərnişinlər daşınacaq. “Pegasus” Hava Yolları gündə Tehrandan İstanbul Sabiha Gökçen Hava limanına bir səfər təşkil edərkən Parisə iki, Amsterdama üç və Londona dörd dəfə səfər gerçəkləşdirir. THY isə biri Sabiha Gökçən olmaq üzrə Tehrandan beş uçuş gerçəkləşdirir. Türk hava yolu şirkətləri aralarında çox sayda tranzitin də olduğu İrandan sərnişin daşıyır.

Britaniyanın “British Airways” hava yolları şirkəti “uçuş əməliyyatları hazırda kommersiya baxımından sərfəli olmadığına” görə gələn aydan İrana reysləri bağlayacağını bəyan edib.

Londondan Tehrana son uçuş sentyabrın 22-də həyata keçiriləcək və bunun ertəsi gün həmin təyyarə Britaniya paytaxtına qayıdacaq. “British Airways” Tehrana birbaşa uçuşları 2016-cı ilin sentyabrında bərpa etmişdi. Həmin vaxt, 2015-ci il nüvə sazişinin imzalanmasından sonra İranın Qərb ölkələri ilə münasibətləri qalxan xətlə inkişaf edirdi.

Birbaşa uçuşlar bundan əvvəl 2012-ci ildə Tehranla Qərb arasında münasibətlərin pisləşməsinə görə dayandırılmışdı. İranın Londondakı səfiri Hamid Baeidinejad Twitter postunda yazıb ki, “tələbatın yüksək olmasına” baxmayaraq uçuşların dayandırılması “təəssüf” doğrur.

Ötən ay Hollandiyanın KLM şirkəti sentyabrın 24-dən İrana uçuşları dayandıracağını elan etmişdi. KLM də buna səbəbin “kommersiya üzrə neqativ nəticələr” olduğunu bildirib.

British Airways şirkətinin Tehrana uçuşları ləğv etməsindən bir neçə ay əvvəl ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların 2015-ci ilin sazişindən çıxdığını və Tehran üzərinə sanksiyaların bərpa olunacağını bəyan etmişdi.
Britaniya və başqa Avropa ölkələri öz şirkətlərini ABŞ-ın mümkün sanksiyalarından çəkilə biləcək zərərdən qorumağa çalışırlar. Avropa İttifaqı İranla biznesi davam etdirəcəyini bildirsə də, bir çox özəl şirkətlər İranı tərk etməyə başlayıb.

XƏBƏR LENTİ