ABŞ-da Yeltsin və Klintonun Putinlə bağlı söhbəti yayımlandı

567 31-08-2018, 13:03 dunya

ABŞ-da Yeltsin və Klintonun Putinlə bağlı söhbəti yayımlandıABŞ-ın sabiq prezidenti Bill Klintonun kitabxanası onun 1991-1999-cu il tarixində Rusiya prezidenti olmuş Boris Yeltsinlə söhbətlərini yayımlayıb.

Bu danışıqlarda rus lider sələfi kimi Vladimir Putini seçmə səbəblərini izah edib.

Belə ki, 1999-cu il sentyabrın 8-də baş tutan telefon danışığı zamanı Yeltsin Klintona, nəhayət ki, sələf seçdiyini deyib.

“Mənə 2000-ci ildə Rusiyanın prezidenti ola biləcək şəxslə bağlı fikirləşmək üçün çox vaxt lazım oldu. Təəssüf ki, o zaman mən namizəd tapa bilmirdim, ancaq, nəyahət, tapdım – bu, Putindir”, - o deyib.

“Mən onun bioqrafiyasını, maraqlarını, tanışlarını və başqa məsələləri araşdırdım. Onun etibarlı insan olduğunu müəyyən etdim. Bununla yanaşı, o, çox güclü insandır. Və Putin müttəfiqləri ilə asanlıqla yaxşı əlaqələr qura bilər”, - Yeltsin əlavə edib.

O, Klintonun da 2000-cı ildə keçiriləcək prezident seçkilərində Putinin namizədliyini dəstəkləyəcəyinə əminliyini bildirib. “Biz bunun üzərində işləyirik”, - rus prezident deyib.

1999-cu il noyabrın 19-da keçirilən görüşdə Klinton yenidən sələf məsələsinə qayıdıb və Yeltsindən seçkilərdə kimin qələbə qazanacağını soruşub. “Əlbəttə, Putin. O, mənim sələfim olacaq. O, demokratik insandır və Qərbi tanıyır”, - Yeltsin cavab verib.

“O, sərt insandır və daxili cəhətdən çox güclüdür. Və mən onun qələbə qazanması üçün qanuni cəhətdən hər şey edəcəyəm. O, Yeltsinin yolunu davam etdirəcək və Rusiyanın əlaqələrini genişləndirəcək”, - rusiyalı lider bildirib.

Növbəti görüşlərdə Klinton Putinin ağıllı insan olduğunu qeyd edib.

1999-cu il avqustun 9-da Yeltsin Putinə Rusiya baş nazirinin vəzifələrini icra etməyi tapşırıb və televiziya müraciətində onu özünün sələfi adlandırıb. Bir həftədən sonra Dövlət Duması Putinin hökumət rəhbəri postuna namizədliyini təsdiqləyib.

Dekabrın 31-də Yeltsin istefa verib və onun vəzifələrinin icrası Putinə keçib. 2000-ci ilin martında Putin seçkilərin ilk turunda qələbə qazanıb və həmin il mayın 7-də prezident vəzifələrinin icrasına başlayıb.(Oxu.Az)

XƏBƏR LENTİ