Kartofun gömrük rüsumu niyə artırıldı? –Vahid Məhərrəmli qiymətin artacağını proqnozlaşdırır

849 5-09-2018, 16:16 iqtisadiyyat

Kartofun gömrük rüsumu niyə artırıldı? –Vahid Məhərrəmli qiymətin artacağını proqnozlaşdırırAzərbaycana idxal olunan kartofun gömrük rüsumu iki dəfə artırılıb. Nazirlər Kabinetinin bazar ertəsi günü qəbul etdiyi qərarda belə deyilir. Sənəddə göstərilir ki, ölkəyə idxal olunan kartofun rüsumu 15 faizdən 30 faizə qaldırılıb.

Nazirlər Kabineti bu qərarı Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılmış birgə təklifinə əsasən verdiyini qeyd edib. Qərar 2018-ci ilin oktyabrın 31-dək qüvvədədir.
Kartofun gömrük rüsumu niyə artırıldı? –Vahid Məhərrəmli qiymətin artacağını proqnozlaşdırır
Kənd təsərrüfatı üzrə təhlilçi Vahid Məhərrəmli “BBC News Azərbaycanca”ya deyib ki, bahalaşma istehlakın azalmasına səbəb olacaq.

“Ölkəyə gətirilən kartofa rüsum dərəcəsi artırılırsa, bu o deməkdir ki, məhsul alıcıya daha baha təklif olunacaq. Bu da təbii ki, istehlakın azalmasına gətirib çıxaracaq”.

V. Məhərrəmli hesab edir ki, bu, əhalinin onsuz da aşağı olan alıcılıq qabiliyyətini daha da azaldacaq.

Təhlilçinin fikrincə, hökumətin bu artım qərarı daxili bazarın qorunmasına, istehsalın artımına yönəlməyib.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2013-cü ildə ölkəyə 63 min tona yaxın kartof gətrilibdisə, 2017-ci ildə bu rəqəm 161 min tona yaxın olub.

XƏBƏR LENTİ