Merkel ilk dəfə olaraq Putinin Suriya siyasətini dəstəklədi:“Radikal qüvvələri dəf etmək lazımdır”

541 7-09-2018, 10:42 dunya

Merkel ilk dəfə olaraq Putinin Suriya siyasətini dəstəklədi:“Radikal qüvvələri dəf etmək lazımdır”Almaniyanın kansleri Anqela Merkel ilk dəfə olaraq Rusiyanın Suriyadakı fəaliyyətini dəstəkləyib.

Xeberdar.net RİA-ya istinadən bildirir ki, bu barədə “Deutsche Wirtschafts Nachrichten” qəzeti məlumat yayıb. Qəzet qeyd edib ki, silahlılar dinc əhalini “canlı qalxan” kimi istifadə etməsi Rusiyanın Suriyadakı antiterror əməliyyatını çətinləşdirir: “Radikal qüvvələri dəf etmək üçün cəhdlər göstərmək lazımdır. Amma bu zaman dinc əhalinin də müdafiəsi vacibdir. Biz humanitar fəlakətdən qaçmalıyıq”-deyə hökumət başçısı İdilib əməliyyatını şərh edərkən bəyan edib.

Merkel həmçinin deyib ki, bu məsələni Rusiya və Türkiyə prezidentləri ilə müzakirə edib.

XƏBƏR LENTİ