“Tonqal” restoranında baş verən kütləvi zəhərlənməyə görə bir nəfər həbs edilib- Prokurorluq

638 8-09-2018, 16:31 cemiyyet

“Tonqal” restoranında baş verən kütləvi zəhərlənməyə görə bir nəfər həbs edilib- ProkurorluqXəbər verildiyi kimi, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ